Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

img

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir.

Rezonans.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçiriləcək.

Bu gün isə Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası Heydər Əliyev Mərkəzində keçirilir. İclasda açılış nitqi ilə Baş prokuroru Kamran Əliyev çıxış edib.

Xəbəri paylaş: