Avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb

Avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan 1998-ci il təvəllüdlü Kənan Tağızadə müəyyən edilərək saxlanılıb.

Rezonans.az xəbər verir ki, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.

Xəbəri paylaş: