İsrail SEPAH-ın generalını da ÖLDÜRDÜ

img

İran Silahlı Qüvvələrinin elit hissəsinin - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Abbas Nilforuşan İsrailin Beyruta endirdiyi zərbə zamanı həlak olub. 

Rezonans.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

O, SEPAH-ın əməliyyatlar üzrə rəhbərinin müavini və briqada generalı idi. 

Qeyd edək ki, İsrailin Livana hücumu nəticəsində bundan əvvəl “Hizbullah” lideri Həsən Nəsrullah da öldürülüb. 

Xəbəri paylaş: