Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə güclü partlayış baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə Samara vilayətinin rəhbərliyi məlumat yayıb.
Hadisə Kinel şəhəri yaxınlığındakı körpüdə (1136-cı kilometr) baş verib. Partlayış nəticəsində körpü yararsız vəziyyətə düşüb.
Fövqəladə vəziyyətlə əlaqədar qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hökumətin mətbuat xidməti insan tələfatının olmadığını bildirib.
Hazırda təhlükəsizlik əməkdaşları hadisə yerindədir.