Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.
Rezonans.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktiki tədbirləri davam etdirirlər.
Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan müxtəlif markalı ov tüfəngləri könüllü şəkildə təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.