Goranboyda qadın BIÇAQLANDI

img

Goranboyda 28 yaşlı qadın bıçaqlanıb.

Rezonans.az-ın məlumatına görə, hadisə rayonun Veyisli kəndində baş verib. Kənd sakini 1996-ci il təvəllüdlü G.Xəlilova bıçaq xəsarəti ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qadının vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə, 28 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş: