"Görünür, İsrail və Netanyahuda müharibənin bölgəyə sıçraması arzusu var".
Rezonans.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu York səfəri zamanı Livanda baş verənlərə münasibət bildirərəkən deyib.
Fidan, bir il əvvəl İsrailin dayandırılmayacağı təqdirdə bu müharibəni Qəzza və Fələstindən başqa yerlərə keçirəcəyini dediyini xatırladıb.
İsrailin Qəzzada öz məqsədlərinə və hərbi hədəflərinə çatdıqdan sonra indi cəbhəni Livana köçürdüyünü qeyd edən Fidan sözlərinə belə davam edib:
"Bu, bir çoxu üçün sürpriz olmadı. Gələn il bu əməliyyatı hara aparacaq? Bu sürəti hansı hədəflərə yönəldəcək? Hamısını birlikdə görəcəyik. Amma görünür ki, İsraildə, Netanyahu və komandası daxilində müharibəni bölgəyə yaymaq üçün ciddi bir istək var və bunu irəlilətməyə çalışırlar.", - deyə o bildirib