"Həqiqət hər zaman Rusiyanın tərəfindədir" - Putin

img

Rusiya Federasiyası bütün məqsədlərinə nail ola biləcək, çünki həqiqət hər zaman onun tərəfindədir".

Rezonans.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. 

O, Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşməsi günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. 

Putin həmçinin Rusiya Federasiyasının yeni regionlarının bərpasında iştirak edən bütün ruslara təşəkkürünü bildirib.

2022-ci il sentyabrın 30-da Rusiya prezidenti DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi haqqında sazişlər imzalayıb. Bu ərazilərdə referendumlar sentyabrın 23-dən 27-dək keçirilib.

Xəbəri paylaş: