Avropa liderləri Ukraynaya səfər edəcəklər

img

Fransa, Almaniya və İtaliya liderləri iyunun 16-da Ukraynaya səfər edəcəklər.

Rezonans.az xəbər verir ki, Emmanuel Makron, Olaf Şolts və Mario Draqinin Kiyevə gəlişini Avropa İttifaqının yüksək rütbəli diplomatları və rəsmiləri də təsdiqləyib.

Dövlət və hökumət başçıları Avropa Komissiyasının Aİ-yə namizədlik statusu ilə bağlı qərarını açıqlamadan öncə dəstək ifadə etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Avropalı diplomatların fikrincə, Avropa Komissiyasının Ukraynaya namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir.

Xəbəri paylaş: