Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” ASC-nin vəzifəli şəxsini 300 manat cərimə edib.
Rezonans.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq sığorta şirkətinin əməkdaşına qarşı tədbir görülüb.