Albaniya parlamentində keçirilən iclasda baş verən dava və gərginlikdən sonra müxalifət deputatları parlament binası qarşısında stullarını yandırıblar.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, gərginlik ilk olaraq ümumi yığıncaq zalında keçirilən sessiya zamanı ana müxalifət partiyası olan Albaniya Demokratik Partiyasının (PD) üzvləri PD-nin deputatı Ervin Salianjinin həbsinə reaksiya verərək onların tribunaya çıxmasına mane olduqdan sonra başlayıb.
Müxalifət deputatları zaldakı bəzi avadanlıqları zədələyib və parlament sədri Elisa Spiropalinin üzərinə yad əşyalar atıblar. Ümumi iclas zalında baş verən əlbəyaxa dava və gərginlikdən sonra müxalifət deputatları parlament binası qarşısında əyləşdikləri stulların bir qismini götürərək yandırıblar.
Baş verənlərdən sonra parlamentin sədri Spiropali iclası yarımçıq dayandırıb.
Müxalifət deputatları daha əvvəl bəyan etmişdilər ki, PD millət vəkili Salianji məhkum olunduqdan sonra deputat postunu itirdiyinə görə onun parlament iclasını blok edəcəklər. PD Apellyasiya Məhkəməsinin qərarının ədalətsiz və siyasi olduğunu desə də, millət vəkilləri hərəkətlərinə davam edəcəklərini bildiriblər.
Salianji bir neçə il əvvəl Albaniyanın o vaxtkı daxili işlər naziri Fatmir Xhafajın qohumlarının narkotik alveri ilə məşğul olması ilə bağlı saxta audio yazı dərc etməkdə ittiham olunub. 26 sentyabr 2024-cü ildə paytaxt Tirandakı Apellyasiya Məhkəməsi Salianjinin "yalan xəbərdarlığa" görə 1 il həbs cəzasına məhkum edilməsi qərarını təsdiqləyib.