“WhatsApp”da yeni funksiyalar

img

"WhatsApp" messencerində yeni funksiyalar üzərində işlər gedir.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni dəyişikliklə mesajları redaktə etmək mümkün olacaq.

 

Redaktə funksiyası hazırda "Android"lərdə sınaqdan keçirilir. Yaxın vaxtlarda digər platformalarda da sınaqlara başlanacaq.

 

Digər dəyişikliklə "WhatsApp"da qrupdan səssiz çıxmaq olacaq. Yalnız idarəçilər istifadəçinin qrupdan ayrıldığını bildirəcək. Qrup zənglərində iştirakçıların sayını artırmaq da mümkün olacaq. Artıq eyni vaxtda 32 nəfər "WhatsApp"da qrup zənglərinə qoşula biləcək.

Xəbəri paylaş: