Ukrayna ordusu Rusiya ilə danışıqlara çağırır

img

Cəbhə xəttində yerləşən Ukrayna hərbçiləri Rusiya ilə danışıqların tərəfdarıdır.

Rezonans.az xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” qəzeti yazır.  

Yuri adlı ukraynalı komandir nəşrə deyib: “İndi mən danışıqların tərəfdarıyam”.

Hərbçinin sözlərinə görə, o, Ukrayna münaqişəsinin uzun illər uzana biləcəyindən qorxur. FT qeyd edir ki, digər Ukrayna əsgərləri də sülh danışıqlarına çağırırlar.

Batalyon komandiri Mixail Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasının çətin olacağı fikrini bildirib.

Qəzet həmçinin yazır ki, Ukraynanın müttəfiqləri ondan münaqişənin gərginliyini azaltmağı tələb edir, onların nəzərdən keçirdikləri yeganə strategiya respublikanın Şimali Atlantika Alyansına üzvlüyü müqabilində ərazi güzəştləridir.

Xəbəri paylaş: