Bu ölkədə COVID pasportu ləğv olundu

Bu ölkədə COVID pasportu ləğv olundu

Yeni Zelandiya ölkəyə gələnlər üçün vaksin pasportu və mənfi nəticəli PSR testi tələbini ləğv edib.

 

Rezonans.az xəbər verir ki, yeni qayda iyunun 21-də qüvvəyə minəcək.

 

"Xəstəliyin kəskin yayılmaması üçün biz sərhədlərin açılmasını mərhələli şəkildə apardıq. Düşünürük ki, strategiyamız işə yarayıb. İndi isə sərhədlərdə COVID pasportu tələbinin ləğvi vaxtıdır”, - deyə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəbəri paylaş: