Saatlıda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü qeyd edilib

img

Saatlı rayonunda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdur. 


Rezonans.az xəbər verir ki, tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər.


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il 1 oktyabr tarixi Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə, qeyd olunmağa başlanmışdır.


Azərbaycan prokurorluq strukturunun daha da təkmilləşdirilməsi, dövlət quruluşu sistemində statusu, fəaliyyət prinsipləri və səlahiyyət dairəsinin müəyyənləşməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox mühüm Fərman və Sərəncamlar imzalanmışdır.Hazırda Azərbaycan prokurorluğu ölkəmizdə mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə, qanunvericiliyin qorunması sahəsində əhəmiyyətli rola malikdir.


1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə bütün prokurorluq əməkdaşlarını təbrik edir, çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Xəbəri paylaş: