Hizbullah MOSSAD qərargahına zərbələr endirdi

img

Livanın şiə Hizbullah hərəkatı oktyabrın 1-də İsrail Müdafiə Qüvvələrinin (IDF) 8200 kəşfiyyat bölməsinin Qlilot bazasına və MOSSAD kəşfiyyat xidmətinin qərargahına raket hücumu edib. 

Rezonans.az xəbər verir ki, bu barədə Livan teleqram kanalları məlumat yayıb. 

"İslam müqaviməti İsrail ordusunun 8200-cü kəşfiyyat bölməsinin Qlilot bazasına və Təl-Əviv ətrafında yerləşən MOSSAD qərargahına Fadi-4 raketləri ilə hücum edib”, - deyə Teleqram kanalında yayılan bəyanatda bildirilir.

Hərəkat nümayəndələrinin sözlərinə görə, zərbələr İsrail hərbçilərinin mülki əhaliyə hücumlarına cavab olaraq, həmçinin Qəzza zolağına dəstək məqsədilə həyata keçirilib.

Xəbəri paylaş: