Cəlilabad rayonunda 13 min metr qaz xətti yenilənir

img

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yaşayış məntəqələrinə küçə qaz xətlərinin çəkilişi ilə paralel olaraq payız-qış mövsümünə hazırlıq işlərini də həyata keçirir.


Rezonans.az xəbər verir ki, abonentlərin dayanıqlı və fasiləsiz şəkildə mavi yanacaqdan istifadə edə bilmələri üçün istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri icra olunur. 


Görülən işlərin davamı olaraq Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi uzunluğu 13000 metr olan qaz xəttinin əvəzlənməsi nəzərdə tutulub ki, artıq işlərin böyük bir hissəsi tamamlanıb.


Daha ətraflı video materialda:https://youtu.be/U9ZYQMIiByI?si=zLqvla51GE87yHxl

Xəbəri paylaş: