Türkiyə ordusu 13 terrorçunu məhv ETDİ

img

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında fəaliyyət göstərən terrorçulara qarşı növbəti zərbələr endirib.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində qadağan olunmuş PKK terror təşkilatının 11 silahlısı, “Barış pınarı” əməliyyatı zonasında isə 2 terrorçu məhv edilib.
Nazirlik bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq və son yaraqlı zərərsizləşdirilənə qədər əməliyyatları davam etdirmək əzmini vurğulayıb.

Xəbəri paylaş: