Köhnə vaqonlara kondisioner sisteminin quraşdırılması zavod şəraitində olmalıdır. 2000-ci illərin əvvəllərində əldə edilən vaqonlarda kondisioner sisteminə aid olan idarəetmə bloklarının yerləşdirilməsi vaqonaltı hissələrdə mümkün deyil.
Rezonans.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin depolar üzrə iş departamentini rəisi Faiq Əhmədov bildirib.
O qeyd edib ki, köhnə vaqonlarda zavod tərəfindən kondisioner sisteminin yerləşdirilməsi nəzərdə tutulmayıb.
“Eyni zamanda, vaqonların dam hissəsində kondisioner sisteminə aid qurğuların quraşdırılması da nəzərə alınmayıb. Köhnə vaqonlara kondisioner sisteminin quraşdırılması üçün vaqonların zavod şəraitində yenidən sökülüb quraşdırılması maliyyə baxımından əlverişsizdir”, - deyə Faiq Əhmədov bildirib.