Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ölüm - TƏBİB-dən AÇIQLAMA

img

30.09.2024-сi il tarixində saat 20:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (kişi cinsi)  halsızlıq, yüksək hərarət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə Rezonans.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri reanimasion tədbirlərin göstərilməsinə baxmayaraq, saat 21:50-də ölüm faktı qeydə alınıb.

Xəbəri paylaş: