İsrail hakimiyyəti İranın iri raket zərbəsinə “bir neçə gün” ərzində cavab verəcək.
Rezonans.az xəbər verir ki, bu barədə "Axios" portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail Nazirlər Kabinetinin keçirdiyi iclasda cavabın olacağına qərar verib, amma bunun nə olacağını müəyyən etməyib. Xüsusilə, neft hasilatına və digər strateji obyektlərə təsir göstərə bilər. Portalın həmsöhbətləri əlavə ediblər ki, İsrail hakimiyyəti hələlik cavabın nə olacağına qərar verməyib, o cümlədən bunu Amerika administrasiyası ilə müzakirə etmək lazımdır.