Deputatlarımız TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun iclasında iştirak edəcəklər

img

Milli Məclisin deputatları Anar Məmmədov və Əliabbas Salahzadə TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun ilk iclasında iştirak etmək üçün iyunun 17-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.


Rezonans.az xəbər verir ki, tədbir “Texnologiya əsrində - Uşaqlar və Gənclik Türklərin gələcəyidir” mövzusuna həsr olunub. Deputatlarımız müzakirəyə çıxarılan mövzu ilə bağlı öz fikirlərini açıqlayacaqlar. Səfər çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin rəsmiləri, ölkənin informasiya və sosial inkişaf naziri, Nur-Sultan şəhərinin gənc deputatları ilə görüşlər, Qazaxıstan Milli Muzeyi, “EXPO-2017” Beynəlxalq Sərgi Mərkəzi ilə tanışlıq nəzərdə tutulub. Səfər iyunun 19-da başa çatacaq.

Xəbəri paylaş: