İsrailin baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinin Tel-Əvivdəki qərargahında təhlükəsizlik və müdafiə departamentlərinin rəhbərliyi ilə məsləhətləşmələr aparır.
Rezonans.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
"Binyamin Netanyahu hazırda təhlükəsizlik qurumlarının rəhbərləri ilə məsləhətləşmələr aparmaq üçün Tel-Əvivdəki Kiriya kompleksindədir", - ofis qeyd edib. Görüş İsrailə qarşı irimiqyaslı raket hücumunun ertəsi günü və ölkə rəhbərliyinin bu hücumun ardınca yəhudi dövlətinin sərt reaksiyası ilə bağlı bəyanatları fonunda keçirilir.