Blinken NATO-nun yeni baş katibi ilə telefon danışığı APARDI

img

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun yeni baş katibi Mark Rutte ilə ilk telefon danışığını keçirib.

Rezonans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Nəşrin yazdığına görə, Blinken və Rutte Kiyevə davamlı dəstəyi, o cümlədən NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlim proqramları vasitəsilə dəstəyi müzakirə ediblər.

Tərəflər həmçinin, Şimali Atlantika Alyansının Hind-Sakit Okean regionundakı tərəfdaşları və NATO-nun cənubundakı ölkələrlə əlaqələrinin dərinləşdirilməsi  ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş: