Ədliyyə naziri Fərid Əhmədov 25 oktyabr 2024-cü il tarixində Neftçala rayonunda Neftçala, Salyan, Şirvan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.
Rezonans.az xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 24 oktyabr tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.