Azərbaycan Ukraynadan 110 milyonluq məhsul alıb

img

Cari ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 432 milyon dolları ötüb.

 

Rezonans.az xəbər verir ki, rəsmi statistikaya əsasən, həmin dövrdə Azərbaycan Ukraynadan 110 milyon 625 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 321 milyon 594 min dollar olub.

 

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib. Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

Xəbəri paylaş: