Qaxda maşın aşıb, sürücü yaralanıb

img

Qaxda avtomobil aşıb, sürücü xəsarət alıb.

Rezonans.az xəbər verir ki, hadisə səhər saatlarında rayonunun Qıpcaq kəndi ərazisində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Qax rayonu İngiloy Kötüklü kənd sakini Berikaşvili Slava Maksimoviçin idarə etdiyi "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib,nəticədə maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbəri paylaş: