Qırğızıstan Prezidenti Rusiyaya gedir

img

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-8-də Moskvaya səfər edəcək.

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.

Onun sözlərinə görə, Japarov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək. Azımbakiyev aydınlaşdırıb ki, tədbir zamanı təşkilata daxil olan ölkələr arasında ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul ediləcək.

Xəbəri paylaş: