Livanda partlayan peycerlər “Mossad” tərədindən hazırlanıb və İsraildə yığılıb.
Rezonans.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Bildirilib ki, cihaz suya davamlı dizayna və aylarla enerji yığmadan işləyə bilən böyük batareyaya malik olub. Nəşr vurğulayıb ki, Hizbullah bu cihazdan çox təsirlənib və onlardan 5 min ədəd alıb. Hərəkatın rəsmilərindən heç biri cihazın innovativ bomba daşıdığından şübhələnməyib.
“9 il boyunca israillilər Hizbullahı dinləməklə kifayətləndilər, eyni zamanda gələcəkdə mümkün böhran halında simsiz cihazları bombaya çevirmək variantını özündə saxladılar. Sonra yeni bir fürsət və parlaq məhsul gəldi - bu, yüksək partlayıcı ilə təchiz olunmuş kiçik peycerlər idi. Peycerləri Hizbullaha satmağı təklif edən isə qadın casus idi…”, - deyə, nəşr qeyd edib.