İllər sonra 30 cinayət "düyünü" çözüldü

İllər sonra 30 cinayət "düyünü" çözüldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 100 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

Xəbəri paylaş: