Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlandı

img

Sumqayıtda 33 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətindən Rezonans.az-a verilən məlumata görə, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Fakt araşdırılır.

Xəbəri paylaş: