SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

img

SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Şəmkir rayonunda vətəndaş qəbulu keçiriləcək.

Rezonans.az xəbər verir ki, 11 oktyabr saat 12:00-da Gənclər Evində (Heydər Əliyev prospekti 60) baş tutacaq görüş zamanı Şəmkir və Gədəbəy rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. V

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional qaz istismarı İdarəsinə (tel: 050-845-77-11; 050-845-77-00) müraciət edə bilərlər.

Xəbəri paylaş: