Fransa “Mirage 2000” qırıcılarını Ukraynaya verəcək

img

2025-ci ilin birinci rübündə Fransa Kiyevə yeni “hava-yer” silahları ilə təchiz edilmiş “Mirage 2000” qırıcıları tədarük edəcək.

Rezonans.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastian Lekorne özünün X hesabında yazıb. 

"Mirage 2000 qırıcılarının Ukraynaya çatdırılması 2025-ci ilin birinci rübündə planlaşdırılır. Onlar yeni hava-yer silahları və elektron döyüş sistemləri ilə təchiz olunacaqlar", - nazir qeyd edib. 

O, həmçinin xatırladıb ki, Fransa ukraynalı pilot və mexaniklərin hazırlığını davam etdirir.

Xəbəri paylaş: