Xaçmazda sahildən 205 kq-dan çox narkotik aşkarlandı

img

Oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Rezonans.az-a verilən xəbərə görə, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qrammüxtəlif çeşitli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülmüşdür.

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş: