"Emirates" aviaşirkəti İrana bütün uçuşları ləğv ETDİ

img

Bu gün Dubayın (BƏƏ) "Emirates" aviaşirkəti İrana və əks istiqamətə olan bütün reysləri ləğv edib.

Rezonans.az xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, hava yolları şirkəti regiondakı vəziyyəti yaxından izləməyə davam etdiyini və proseslərlə bağlı müvafiq orqanlarla əlaqə saxladığını bildirib.

Aviaşirkət vurğulayıb ki, reyslərin ləğvi qərarının əsas səbəbi İran-İsrail gərginliyinin pik həddə olmasıdır.

Xəbəri paylaş: