Bakıda "Mercedes" yandı

img

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində avtomobildə yanğın baş verib.

Rezonans.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş vermiş yanğın yaxınlıqdakı binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin ön hissəsi yanıb, avtomobilin digər hissələri və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.

Xəbəri paylaş: