Balakəndə narkotikin təsiri altında maşın sürənlər saxlanıldı

img

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, Balakən rayonunda son bir ay ərzində yol hərəkəti qaydalarını kobud şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Xəbəri paylaş: