Ukrayna Ali Radası 18-25 yaş arası ukraynalı kişilərin səfərbər olmasını qadağan edən qanun layihəsini qəbul edib.
Rezonans.az xəbər verir ki, bu barədə Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.
"Rada 18-25 yaşlı gənclərin səfərbər olmasını qadağan edib", - deputat yazıb.
Qonçarenkonun fikrincə, uşaqların səfərbər olması ayıbdır.
Deputat eyni zamanda bu sənəddə demobilizasiyanın göstərilmədiyini deyib.