Kimya üzrə Nobel mükafatı laureatları açıqlanıb

img

2024-cü ildə zülalların öyrənilməsinə görə kimya üzrə Nobel mükafatını üç alim - David Baker, Demis Hassabis və Con Jumper alıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin nümayəndələri Stokholmda keçirilən mərasimdə məlumat veriblər.

David Baker demək olar ki, qeyri-mümkün olanı yerinə yetirməyi bacarıb - tamamilə yeni zülal növləri yaradıb. Demis Hassabis və Con Jumper 50 ildir mübarizə apardıqları problemi həll etmək üçün süni intellekt modeli hazırlayıblar. 

Xəbəri paylaş: