THY-nin kapitan pilotu uçuş zamanı öldü

img

Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Distrikhin Pehlivan Sietldən İstanbula uçarkən həlak olub və təyyarə Nyu-Yorkda təcili eniş edib.

Rezonans.az xəbər verir ki, bu barədə Türk Hava Yollarının mətbuat katibi Yəhya Üstün "X" sosial şəbəkəsində məlumat verib.

"Pəhlivan uçuş zamanı huşunu itirib. Təyyarədə ona göstərilən ilk tibbi yardım nəticəsiz qaldıqda, birinci zabit və ikinci pilotdan ibarət ekipaj təcili eniş etmək qərarına gəlib, lakin təyyarənin kapitanı yerə enmədən əvvəl dünyasını dəyişib”, - aviaşirkətin nümayəndəsi yazıb.

O, əlavə edib ki, Pehlivanın 59 yaşı var. Martın 8-də o, illik tibbi müayinədən keçib və onun işinə təsir edən səhhətində heç bir problem aşkar edilməyib.  Təyyarədə olan sərnişinlər Nyu-Yorkdan səyahətlərinə davam etməli olublar. 

Xəbəri paylaş: