Nüvə silahının hazırlanmasına icazə verilsin - İran TŞ-yə müraciət edildi

img

İran parlamentinin 39 nəfərdən ibarət qrupu İranın Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb. 

Rezonans.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Müraciətin təşəbbüskarı, deputat Həsənəli Exlaki Əmiri deyib: "İranın nüvə silahı sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edən məktub Ali Milli Təhlükəsizlik Şurasına göndərilib və bu məktub artıq 39 deputat tərəfindən imzalanıb". 

Xəbəri paylaş: