İsmayıllıda qanunsuz ağac kəsən 8 nəfər saxlanıldı

img

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: