Koronavirus infeksiyasına yoluxmuş insanlarda ürək-damar xəstəliklərinin inkişaf riski əhəmiyyətli dərəcədə artır, insult və infarkt ehtimalı uzun müddət ərzində ikiqat artır.
Rezonans.az xəbər verir ki, bu barədə Klivlend alimləri araşdırma edib.
Arterioskleroz, Tromboz və Damar Biologiyası (ATVB) klinikası bildirir ki, elmi işdə xəstəlikdən sağalanlar və yoluxmayanların göstəriciləri müqayisə edilib.
Təcrübədə bir neçə il ərzində 200 mindən çox insan iştirak edib. Müəyyən edilib ki, COVID-19-a yoluxmuş insanlarda üç il ərzində insult riski artıb. Bundan əlavə, infeksiya ilə xəstəxanaya yerləşdirilənlərdə digər ciddi fəsadların yaranma riski də müşahidə edilib. Buna təsir edən əsas amillərdən biri xəstəlik tarixi idi - xəstənin artıq ürək-damar sistemi ilə bağlı problemləri varsa, risklər əhəmiyyətli dərəcədə artır.