"Hizbullah"ın 2 komandiri öldürüldü

img

Livanın cənubunda "Hizbullah"ın iki komandiri öldürülüb. 

Rezonans.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Hula bölgəsində İsrailin Kiryat Şmona istiqamətində yüzlərlə zenit raketinin buraxılmasına cavabdeh olan “Hizbullah”ın komandiri Əhməd Mustafa əl-Hac Əlini öldürüb. 

Digər hücum zamanı Mays Cəbəl rayonunun raket idarəsinin komandiri Məhəmməd Əli Həmdanın da öldürüldüyü bildirilir. O, İsrailin şimal yaşayış məntəqələrinə bir çox tank əleyhinə raket hücumlarına rəhbərlik edib.

Xəbəri paylaş: