"Qarabağın turizm potensialından sıx şəkildə istifadə olunacaq" - Deputat

img

Turizm zonalarında iri müəssisələrin fəaliyyəti qadağan edilir. “Turizm haqqında” qanuna edilən dəyişikliklər II oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Rezonans.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, turizm və rekreasiya zonalarında iri sənaye müəssisələrin fəaliyyəti qadağan ediləcək.

"Bununla, həmin zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və emal müəssisələrinin fəaliyyəti qadağan olunacaq. Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli qərarı ilə “Xızı-Xaçmaz”, “Quba” və “Qusar” Turizm və rekreasiya zonasının sərhədləri təsdiq edilib. İşğaldan azad olunan Kəlbəcərin yüksək turizm resurslarından səmərəli istifadəsi məqsədilə “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Kəlbəcər rayonunda 5 turizm və rekreasiya zonasının yaradılması təklif olunur. Bu o deməkdir ki, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaq. Bütövlükdə, son dəyişikliklər ətraf mühitin qorunması və sağlamlıq turizmin inkişafı baxımdan vacib hesab olunur".

Xəbəri paylaş: