"Mediasiya: Beynəlxalq Təcrübələrin Azərbaycan Kontekstində İnkişafı" adlı Konfrans keçiriləcək

img

Mediasiya Şurası tərəfindən beynəlxalq mediasiya barışıq sazişlərinin tanınması və icrası sahəsində maarifləndirmə və müzakirələrin təşkili məqsədi ilə "Mediasiya: Beynəlxalq Təcrübələrin Azərbaycan Kontekstində İnkişafı" adlı tədbirin təşkil edilməsi planlaşdırılır.

Rezonans.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Arabulucular Birliği, Integro Attorneys & Consultants və ️Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın təşkilatçılığı ilə keçiriləcək tədbirdə açılış nitqi ilə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, İnteqro Konsaltinq şirkətinin rəhbəri Leyla Şahbazova iştirak edəcək. Həmçinin tədbir boyu Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev, Türk Dünyası Mediatorlar Birliyində Komissiya rəhbəri Şəbnəm Akipek, Günay Erdoğan Vəkil Bürosunun təsisçisi, mediator, vəkil Ersin Erdoğan çıxış edəcək. 

Tədbir zamanı Türkiyə Cümhuriyyətinin Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan neynəlxalq barışıq sazişləri haqqında” Konvensiya qoşulmasının təcrübi əhəmiyyəti və rolu, Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiya barədə, Mediasiya sahəsində xarici ölkələrdə imzalanmış mediasiya sazişlərinin tanınması və icrasının Türkiyə Cümhuriyyəti praktikası kimi mövzular ətrafında müzakirələr aparılacaq. 

Qeyd etmək istərdik ki, beynəlxalq mediasiya barışıq sazişlərinin tanınması və icrası ilə bağlı tədbirlərə Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti çərçivəsində cari ilin 31 may tarixində təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il Yol Xəritəsi”nin 4.2.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə başlanılmışdır.

Tapşırığın icrası ilə bağlı Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupu və Mediasiya Şurasının qarşılıqlı əməkdaşlığı çərçivəsində Konvensiyanın imzalanması ilə bağlı dövlətdaxili prosedurlara başlanılması üçün Nazirlər Kabinetinə müraciət edilmişdir.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

ℹ “Mediasiya üzrə Sinqapur Konvensiyası” və ya “Sinqapur Konvensiyası” kimi tanınan “Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə” BMT Konvensiyası beynəlxalq kommersiya mübahisələri üzrə mediasiya vasitəsilə ilə bağlanmış barışıq sazişlərinin müxtəlif yurisdiksiyalarda tanınmasını və icrasını təşviq etmək və asanlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilədir. Konvensiya 20 dekabr 2018-ci il tarixində BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş və imzalanma üçün bütün dövlətlərə açıq elan edilmişdir. Hazırda Konvensiya 56 ölkə tərəfindən imzalanmış və Türkiyə, Gürcüstan, Qazaxıstan və Belarus daxil olmaqla, 11 ölkə tərəfindən ratifikasiya edilmişdir. 
Sinqapur Konvensiyası qəbul olunana qədər kommersiya mübahisələrində mediasiyadan istifadə ilə bağlı tez-tez istinad edilən problemlərdən biri mediasiya nəticəsində əldə olunmuş barışıq sazişlərinin xarici dövlətlərdə icrası üçün səmərəli hüquqi çərçivənin və vahid rejimin olmaması idi. Konvensiya məhz bu ehtiyaca cavab olaraq hazırlanmış və qəbul edilmiş, beynəlxalq ticarətin asanlaşdırılmasında və kommersiya mübahisələrinin həllinin alternativ və effektiv üsulu kimi mediasiyanın təşviqində mühüm alət kimi xidmət etmək üçün nəzərdə tutulmuşdur. Konvensiya mediasiya nəticəsində bağlanmış barışıq sazişinin xarici dövlətdə sadələşdirilmiş və səmərəli prosedur çərçivəsində tanınması və icra olunmasını təmin edir. Bununla da Konvensiya ədalət mühakiməsinə çıxışı və qanunun aliliyini gücləndirməyə kömək edir, beynəlxalq kommersiya mübahisələri üzrə mediasiya sahəsində müəyyənlik və sabitliyi təşviq edərək transmilli mübahisələrin mediasiya vasitəsilə həlli üsuluna və barışıq sazişlərinə etibarı artırır.


Xəbəri paylaş: