İran diplomatik kanalları vasitəsilə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərini hava məkanından İsrailin ölkəyə hücumu üçün istifadə edəcəyi təqdirdə onları vuracağı ilə hədələyib.
Rezonans.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat dərc edib.
Qəzetin məlumatına görə, Tehran İordaniya, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına müvafiq xəbərdarlıq göndərib. WSJ yazır ki, bu ölkələr İrana potensial hücumlar üçün ABŞ və İsrailə öz infrastrukturunu və hava məkanını vermək istəmədikləri barədə Vaşinqtonu artıq məlumatlandırıblar.
Avqust ayında Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə gərginlik artıb.
Qeyd olunur ki, Pentaqon artıq ondan artıq hərbi gəmini bölgəyə yerləşdirib. Eyni zamanda, təqribən 40 F/A-18 Super Hornet və F-35 hücum təyyarəsi ilə təchiz edilmiş “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi hazırda Fars körfəzi yaxınlığında yerləşir.