SOMDA-nin hərbi qulluqçuları könüllü qanvermə aksiyasında iştirak ediblər

img

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.

Rezonans.az xəbər verir ki, keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirakı təmin olunmuşdur.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.

Xəbəri paylaş: