"İsrailə silah verməyə davam edəcəyik" - Almaniya kansleri

img

"Biz İsrailə silah tədarükündən imtina etmək qərarına gəlməmişik. Biz silah tədarük etmişik və tədarük etməyə davam edəcəyik".

Rezonans.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib. 

Parlament müxalifətinin lideri, XDM-i təmsil edən Fridrix Mertz Almaniya hökumətini şoumenlikdə ittiham edib. Onun sözlərinə görə, hakim koalisiya yalnız İsraillə həmrəylik ifadə edir, eyni zamanda yəhudi dövlətinə lazımi silah-sursat verməkdən imtina edir.

Bu ittihamlar fonunda kansler Almaniya hökumətinin mövqeyinə aydınlıq gətirib: "Biz hökumətdə qərarlar qəbul etmişik ki, bu da yaxın gələcəkdə əlavə tədarükləri təmin edəcək".

Xəbəri paylaş: