Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır

img

 Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 16 iyun 2022-ci il tarixində  "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu keçirilib.

Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib ki, “Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır”. Dövlət başçısı xatırladıb ki, bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilib və bu iclasda gələcək addımlar və planlar müzakirə olunub.

“Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb və biz artan tələbatı ödəmək üçün əlimizdən gələni edirik. Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Bu, asan deyil, çünki qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


Əli Məmmədov
Göygöl RİHB-nın Toğanalı kənd İƏD üzrə nümayəndənin nüavini

Xəbəri paylaş: